PKK-nın hücumu nəticəsində Türkiyədə 3 nəfər həlak olub

Region
  • 29 sentyabr, 2016
  • 06:34
PKK-nın hücumu nəticəsində Türkiyədə 3 nəfər həlak olub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasının hücumu nəticəsində Türkiyədə daha 3 nəfər həlak olub.

"Report" "Haberturk"ə istinadən xəbər verir k, hadisə ölkənin Hakkari əyalətinin Yüksəkova rayonunun Böyükciftçilik yaşayış məntəqəsində baş verib. 

Terrorçular kənddə növbə çəkən könüllü dəstəyə hücum edib.