Paşinyan: Rusiya ilə normal münasibətlər qurmaq istəyirik, lakin bəzi TV-lər həddi aşıblar
- 16 iyul, 2025
- 16:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan normal dostluq münasibətlərinə malik olmaq istəyir.
“Report”un erməni KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
Rusiya telekanallarının retranslyasiyasının dayandırılması məsələsinə toxunan Baş nazir qeyd edib ki, Ermənistan Rusiya ilə qarşıdurma, ziddiyyət və ya hər hansı münaqişəli vəziyyət axtarmır: “Lakin bəzi Rusiya telekanalları "bütün hədləri aşıblar”.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustin ilə çox hörmətli, açıq, səmimi münasibətləri var: “Mən bizim belə bir qərar qəbul etməyimizi istəmirəm. Belə təəssürat yaranır ki, Rusiyada bizi bu qərarları qəbul etməyə məcbur etmək istəyən qüvvələr var. Əgər onlar bizi həddindən artıq məcbur etsələr, biz nə edə bilərik? Amma mən bunu istəmirəm, sizə səmimi deyirəm”.