Paşinyan güc strukturlarında informasiya sızmasının qarşısının alınmasını tapşırıb
- 27 avqust, 2026
- 15:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın Baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarına öz sıralarında müxalifətə məlumat "sızdıran" xəbərçiləri aşkar etməyi tapşırıb.
"Report" xəbər verir ki, bu barədə o mətbuat konfransında bildirib.
Baş nazir qeyd edib ki, informasiyanı daxildən xaricə ötürən xəbərçiləri "köstəbək" adlandırırlar.
O, həmçinin xəbərçilər tapılmayacağı təqdirdə kütləvi kadr təmizləmələri ilə hədələyib.
"Mən artıq demişəm: onlara həsəd aparmıram! Mən hüquq-mühafizə sisteminə tapşırıq vermişəm: axtarın və əgər konkret müddətdə tapmasanız, deməli, mənim üçün günahkar siz hamınız olacaqsınız. Mənə adlar və sübutlar lazımdır. Əgər onlar olmasa, mən sizə birbaşa deyirəm - mənim qərarlarımın səlahiyyət dairəsində olan hüquq-mühafizə sistemi bölməsində kütləvi qovulmalar olacaq", - Baş nazir qeyd edib.