Paşinyan: İrəvan və Ankara münasibətlərin normallaşmasına yaxındır

Region
  • 14 noyabr, 2026
  • 10:06
Paşinyan: İrəvan və Ankara münasibətlərin normallaşmasına yaxındır

Ermənistan və Türkiyə diplomatik münasibətlərin tam normallaşmasına yaxındır.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Əminəm ki, biz yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin tam tənzimlənməsinə nail olacağıq. Bir neçə gün bundan əvvəl mən Türkiyə Prezidenti Ərdoğanla (Rəcəb Tayyib - red.) çox müsbət görüş keçirdim. Hər iki tərəfdən irəliləyişin olduğu qeydə alındı və biz son addıma - diplomatik münasibətlərin qurulmasına və sərhədlərin tam açılmasına çox yaxınıq", - Paşinyan deyib.

44 filmi