Özbəkistan Prezidenti Türkmənistana rəsmi səfər edəcək

Region
  • 19 oktyabr, 2022
  • 14:42
Özbəkistan Prezidenti Türkmənistana rəsmi səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 20-də Türkmənistana rəsmi səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidmətindən bildirilib.

Onun həmkarı Sərdar Berdiməhəmmədovla görüşü nəzərdə tutulub.

Səfər iki gün davam edəcək.