NATO-nun Baş katibi və Gürcüstanın Baş naziri arasında görüş olub - YENİLƏNİB-2
- 18 may, 2022
- 13:54
Yeniliklərdən dərhal xəbərdar olun!
NATO-nun Baş katibi Yens Stoltenberq və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında görüş keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Baş katib tviter hesabında yazıb.
O, Gürüstanın NATO-nun yaxın tərəfdaşı olduğunu bildirib.
"Biz Rusiyanın Ukraynadakı qanunsuz müharibəsinə toxunduq. NATO hər bir dövlətin suverenliyi, ərazi bütövlüyü və Gürcüstanın Avroatlantik səyləri də daxil olmaqla öz yolunu seçmək hüququnu tam dəstəkləyirik".
Qeyd edək ki, NATO-nun Mətbuat Xidməti bu günə planlaşdırılmış Stoltenberq-Qaribaşvili görüşünün ləğv olunduğu barədə məlumat yaysa da, daha sonra görüşün baş tutacağını bildirib.
13:43
NATO-nun Baş katibi Yens Stoltenberq səhhəti ilə əlaqədar olaraq Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşə bilməyib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.
Bildirilib ki, baş katib təxminən bir həftə öncə koronavirusa yoluxub. Bu səbəbdən onun Berlinə planlaşdırılan səfəri də baş tutmayıb.
13:15
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və NATO-nun Baş katibi Yens Stoltenberq arasında Brüsseldə bu günə təyin olunmuş görüş ləğv edilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Alyansın Mətbuat Xidmətindən bildirilib.
Görüşün ləğvinin səbəbi açıqlanmayıb.