Mövlud Çavuşoğlu Suriyada nizamlanma üzrə Astana görüşünün tarixini açıqlayıb

Region
  • 04 yanvar, 2017
  • 08:41
Mövlud Çavuşoğlu Suriyada nizamlanma üzrə Astana görüşünün tarixini açıqlayıb

Bakı. 4 yanvar. REPORT.AZ/ "Suriyada nizamlanma üzrə Astana görüşü yanvarın 23-də keçiriləcək".

"Report" xəbər verir ki, bunu "Anadolu" agentliyində keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, yanvarın 9-10-da rusiyalı ekspertlərin Suriya üzrə danışıqlara hazırlıq məsələlərini müzakirə etmək üçün Ankaraya gələcəyini məlumat verib.

M.Çavuşoğlu növbəti dəfə Türkiyə və Rusiyanın, eləcə də İranın Suriyada atəşkəsin təminatçısı olduğunu təkrarlayıb.

44 - Tezliklə