"Mehr": ABŞ İranın Bəndər-Ling şəhərinə hava zərbəsi endirib

Region
  • 17 iyul, 2026
  • 05:09
Mehr: ABŞ İranın Bəndər-Ling şəhərinə hava zərbəsi endirib

İranın liman şəhəri Bəndər-Ling ABŞ Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

Agentlik daha əvvəl Veysian şəhərinə hücum barədə məlumat verib. Hər iki şəhərə endirilən zərbələrin təfərrüatları açıqlanmır.

İyulun 16-da ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana növbəti zərbələri başladığını elan edib. İran mediası Bəndər-Abbas və Qeşm adası yaxınlığında partlayışlar barədə məlumat yayıb. Əhvaz, Buşəhr, Bəndər-Xomeyni və İranşəhr hava limanı da zərbələrə məruz qalıb.