MDB-nin statistika orqanları MHS-2025-in tətbiqi üzərində işləyir

Region
  • 24 sentyabr, 2025
  • 11:26
MDB-nin statistika orqanları MHS-2025-in tətbiqi üzərində işləyir

Hazırda MDB-nin statistika orqanları "Milli Hesablar Sistemi 2025" (MHS-2025) beynəlxalq statistik standartın tətbiqi üzərində işləyir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən MDB-nin üçüncü Beynəlxalq Statistika Forumunda MDB Statistika Komitəsinin sədri Konstantin Laykam deyib.

"BMT-nin Statistika Komissiyası bu ilin mart ayında keçirilən 56-cı sessiyasında milli hesablar sistemi (MHS-2025) qəbul edib. BMT-nin İqtisadi və Sosial Şurası bu sistemin milli hesablar statistikasının tərtib edilməsi üçün beynəlxalq standart kimi nəzərdən keçirilməsini tövsiyə edib. Bu qərarlara uyğun olaraq, dünyada MHS-2025-in tətbiqi istiqamətində çox böyük iş aparılır. Statistika Komitəsi və MDB ölkələri də bu istiqamətdə böyük səylər göstərir. Biz artıq yeni standartın rus dilinə tərcüməsinə başlamışıq, MDB mütəxəssislərinin müşavirələri və onlayn təlim kursları keçirilir", - sədr bildirib.

Onun sözlərinə görə, Azərbaycanın statistika orqanları beynəlxalq statistika ictimaiyyətində hörmətə malikdir.

"Azərbaycan Prezidenti İlham Əliyevin müraciəti (forum iştirakçılarına - red.) rəsmi statistikaya münasibətin səviyyəsini göstərir", - K.Laykam vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti