Mahaçqala-Kaspiysk avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
- 29 oktyabr, 2023
- 19:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Dağıstan Respublikasının hökuməti hava limanında vəziyyəti nəzarətdə saxlayır və vətəndaşlardan Mahaçqala-Kaspiysk avtomobil yoluna getməməyi xahiş edib.
"Report" xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Hava limanında baş vermiş insidentlə əlaqədar respublika sakinlərindən Mahaçqala-Kaspiysk avtomobil yolunda nəqliyyatın hərəkətini müvəqqəti məhdudlaşdırmağı xahiş edirik”, - məlumatda deyilir.
Qeyd olunur ki, hava limanında vəziyyət nəzarət altındadır, təhlükəsizlik xidmətləri ərazidə işləyir.
Oktyabrın 29-da naməlum şəxslər Mahaçqala hava limanına daxil olaraq icazəsiz aksiya keçirməyə cəhd edib. Daha sonra hava limanı müvəqqəti bağlanıb. Faktla bağlı cinayət işi açılıb.