KTMT-nin Baş katibi quruma yeni ölkələrin qəbulunun müzakirə edilmədiyini açıqlayıb

Region
  • 20 dekabr, 2022
  • 03:43
KTMT-nin Baş katibi quruma yeni ölkələrin qəbulunun müzakirə edilmədiyini açıqlayıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni üzvlərin qoşulması məsələsi müzakirə edilmir, blokun genişləndirilməsi ilə bağlı addımlar onun effektivliyini artırmalıdır.

“Report” xəbər verir ki, bu barədə hərbi blokun Baş katibi Stanislav Zas Rusiya KİV-ə açıqlamasında bildirib.

“Xeyr, bu məsələ indi müzakirə olunmur. Buna bəsit şəkildə yanaşmağa, kəmiyyət dalınca getməyə ehtiyac yoxdur”, - KTMT rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, Təşkilatın genişləndirilməsi istiqamətində atılan addımlar onun effektivliyini artırmalı və ümumi təhlükəsizliyi gücləndirməlidir:

“Biz kəmiyyət üçün deyil, keyfiyyət üçün işləməliyik”.

44 filmi