Kreml Trampın Putinlə görüşü təxirə salacağı ehtimalını şərh edib
Region
- 28 noyabr, 2018
- 09:48
Bakı. 28 noyabr. REPORT.AZ/ “Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında "G-20" çərçivəsində razılaşdırılmış görüşə hələ də hazırlıq gedir, amerikalılar tərəfindən bu tədbirin ləğv edilməsi ilə bağlı bizə heç bir informasiya daxil olmayıb”.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə Vladimir Putinlə Donald Trampın əvvəlcədən nəzərdə tutulan görüşü keçiriləcək.
Qeyd edək ki, Donald Tramp “Washington Post”a müsahibəsində bildirib ki, ola bilsin Kerç boğazında baş vermiş hadisəyə görə Rusiya lideri ilə görüşü təxirə saldı.
"G-20"nin zirvə toplantısı bu il noyabrın 30-dan dekabrın 1-dək Argentinada keçiriləcək.
Son xəbərlər
09:20
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (22.08.2026)
Maliyyə09:15
Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir
Futbol09:12
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 329-a çatıb
Digər ölkələr09:08
Xəzər dənizində zəlzələ olub
Hadisə08:56
İlk dəfə Rusiyanın "OZON" şirkətinin anbarına hücum edilib
Region08:46
Xorvatiyada təyyarə qəzasında iki nəfər ölüb
Digər ölkələr08:23
"Formula 1" Qətər və BƏƏ-də yarışların keçirilməsi ilə bağlı qərarı sentyabrda açıqlayacaq
Digər ölkələr07:45
Tunis sahillərində qayıq aşıb, 10-dan çox şəxs itkin düşüb
Digər ölkələr07:22