Fransanın XİN rəhbəri ölkədəki etirazları hökumətin uğursuzluğu kimi etiraf edib

Digər ölkələr
  • 04 noyabr, 2026
  • 00:20
Fransanın XİN rəhbəri ölkədəki etirazları hökumətin uğursuzluğu kimi etiraf edib

Fransanın daxili işlər naziri Loran Nunyes, dövlətə və müəssisələrə milyonlarla ziyan vuran talanlar, yanğınlarla müşayiət olunan geniş yayılmış iğtişaşlara görə məsuliyyəti üzərinə götürüb.

"Report"un Fransa mediasına istinadən məlumatına görə, nazir bu barədə Milli Assambleyanın iclasında bildirib.

"Cavab verməkdə çətinlik çəkmirəm. Mən məsuliyyəti tərəddüd etmədən qəbul etdim və dövlət başçısına istefa verməyimi təklif etdim. Bütün məsuliyyət yalnız mənim üzərimdədir. On yeddi oktyabrın nəticələri uğursuzluqdur: biz ictimai binaların və pərakəndə satış məntəqələrinin təhlükəsizliyini təmin edə bilmədik", - Nunyes bildirib.

Oktyabrın 18-də nazir istefa ərizəsini Fransa Prezidenti Emmanuel Makrona təqdim edib, lakin o, bunu rədd edib. Yelisey Sarayı bu qərarı hüquq-mühafizə orqanlarının davamlı rəhbərliyini qorumaq üçün zəruri hesab edib.

Xatırladaq ki, 17 oktyabrda Paris də daxil olmaqla, Fransanın bir neçə şəhərində yaşayış xərclərinin artmasına və tələbələrə dəstək məqsədilə keçirilən etirazlar iğtişaşlara, soyğunçuluqlara və talanlara çevrilib. Oktyabrın 24 və 31-dəki etiraz aksiyaları daha sakit keçdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları 17 oktyabrda baş verən eyni geniş yayılmış ziyanın qarşısını ala biliblər.