Kreml: “Putinlə Ərdoğanın görüşündən sonra hər hansı sənədin imzalanması planlaşdırılmır”

Region
  • 04 sentyabr, 2023
  • 12:41
Kreml: “Putinlə Ərdoğanın görüşündən sonra hər hansı sənədin imzalanması planlaşdırılmır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya dövlət başçısı Vladimir Putin arasında Soçi görüşündən sonra hər hansı sənədin imzalanması planlaşdırılmır.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə liderləri arasında geniş tərkibdə görüş konstruktiv keçib.

O əlavə edib ki, prezidentlər hazırda məhdud tərkibdə danışıqlar aparırlar.