KİV: Aprelin 5-dən sonra Ermənistan təhlükəsizlik vektorunu dəyişə bilər
- 03 aprel, 2024
- 08:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Aprelin 5-dən sonra Ermənistan təhlükəsizlik vektorunu dəyişə bilər.
“Report” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Qeyd olunub ki, baş nazir Nikol Paşinyanın Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinkenlə aprelin 5-də Brüsseldə keçirəcəyi üçtərəfli görüş hakim “Mülki müqavilə" partiyasında böyük gözləntilər yaradıb:
“O, bunun Ermənistanın və konkret hökumətin xilası üçün kosmik əhəmiyyət daşıyan müstəsna hadisə olacağına ümid etdiyini bildirib. “Mülki müqavilə”nin üzvləri böyük səbirsizliklə bu görüşü gözləyirlər”.
Materialda həmçinin yazılıb ki, əgər Qərb dəstəkləyici bəyanatlarla yanaşı, əməli addımlar da ataraq Ermənistana böyük həcmdə maliyyə ayırsa, ölkənin iqtisadiyyatının Rusiyadan asılılığına son qoyula bilər:
“Beləliklə, Ermənistan hakimiyyəti tərəddüd etmədən təhlükəsizlik vektorunun dəyişdirilməsi vəzifəsini öz üzərinə götürəcək. Bunun üçün Ermənistana bir neçə milyon yox, bir neçə milyard maliyyə vəsaiti lazımdır”.