Kazanda ofis binasında partlayış nəticəsində xəsarət alanlar var - YENİLƏNİB - VİDEO
- 15 oktyabr, 2018
- 09:25
Bakı. 15 oktyabr. REPORT.AZ/ Kazan şəhərində ofis binasında baş verən partlayış nəticəsində xəsarət alan iki nəfərdən biri Tatarstan Yəhudi Milli Mədəni Muxtariyyətinin prezidenti Mixail Skoblionokdur.
“Report” “Buisness Online”a istinadən xəbər verir ki, partladıcı qurğu sənədlər paketinin içində gizlədilib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
***13:08
Kazan şəhərindəki ofis binalarının birində poçt bağlaması açılarkən baş verən partlayış nəticəsində 2 nəfər xəsarət alıb.
“Report” RİA "Novosri”yə istinadən xəbər verir ki, Rusiyanın Tatarstan Respublikası üzrə Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə yerinə əməliyyat istintaq qrupu və Tatarstan üzrə daxili işlər nazirinin müavini Rəfayel Gilmanov gəlib.
Araşdırma aparılır.