Kamçatkada zəlzələ səbəbindən populyar turist marşrutları bağlanıb

Region
  • 31 iyul, 2025
  • 04:18
Kamçatkada zəlzələ səbəbindən populyar turist marşrutları bağlanıb

Kamçatkada bu mövsümdə turistlər arasında xüsusi populyarlıq qazanan 7 marşrut artan seysmik aktivlik səbəbindən bağlanıb.

"Report"un məlumatına görə, bu barədə TASS-a "Kamçatka Vulkanları" təbiət parkları şəbəkəsindən bildirilib.

"Seysmik aktivlik və daş uçqunu riskləri səbəbindən aşağıdakı marşrutların müvəqqəti bağlanması barədə qərar qəbul edilib: Qorelıy vulkanı, Opasnıy kanyonu, Mutnovskiy vulkanının ətəyi, Qorelıy vulkanının mağaraları, Avaçinskiy vulkanı, Kozelskiy vulkanı, Verblüd ekstruziyası", - şəbəkədən bildirilib.

Hazırda Klyuçevskaya Sopka vulkanının püskürdüyü Klyuçevskoy parkı açıqdır, lakin vulkana yaxınlaşmaq qadağandır.

İyulun 30-da səhər Kamçatka sahillərində güclü zəlzələ baş verib. Bu, 1952-ci ildən bəri ən güclü zəlzələ olub. Məlumata görə, onun maqnitudası 8,8-ə çatıb.

Güclü zəlzələ həmçinin səhər Şimali Kurilskdə hiss edilib, bundan sonra sunami dalğaları gəlib. Zəlzələ həmçinin Sakit okeanda sunamiyə səbəb olub, bunun təhlükəsi barədə Yaponiya, ABŞ və Filippin hakimiyyəti xəbərdarlıq edib.