İranda daşqınlardan zərər çəkən insanların sayı 400-ə çatıb

Region
  • 31 iyul, 2023
  • 11:42
İranda daşqınlardan zərər çəkən insanların sayı 400-ə çatıb

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində daşqınlar nəticəsində azı 400 nəfər zərər çəkib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

İranın Qızıl Aypara Cəmiyyətinin yerli şöbəsinin açıqlamasında deyilir ki, 15 xilasetmə qrupu zərərçəkənlərə yardım edib, 300-dən çox insan Qızıl Ayparanın çadırlarına yerləşdirilib, zərərçəkənlərə lazımi yardım göstərilib: onlara ərzaq bağlamaları, isti paltarlar və zəruri əşyalar verilib.

Sistan və Bəlucistan əyalətinin rəhbəri güclü yağışlar nəticəsində kənd təsərrüfatı da daxil olmaqla bir çox infrastruktur obyektlərinə zərər dəydiyini bildirib.