İranda ağır avtoqəza olub, 8 nəfər ölüb

Region
  • 25 sentyabr, 2026
  • 12:01
İranda ağır avtoqəza olub, 8 nəfər ölüb

İranda Savə - Həmədan köhnə avtomagistralında "Peugeot" və "Pride" markalı iki avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb.

"Report" İRNA-ya istinadən xəbər verir ki, bu barədə Savə Səhiyyə İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Samanə Qasemi bildirib.

Onun sözlərinə görə, daha 2 nəfər xəsarət alıb.

Hadisənin səbəbi yol polisi tərəfindən araşdırılır.

Bildirilib ki, Savə - Həmədan (hər ikisi Güney Azərbaycandır) köhnə avtomobil magistralı Mərkəzi əyalətin ən işlək yollarından biridir. Bu magistralda baş verən yol-nəqliyyat hadisələri son illərdə vətəndaşların həlak olmasına və xəsarət almasına səbəb olub.