Malidə daşqınlar səbəbindən 13 nəfər ölüb
Digər ölkələr
- 25 sentyabr, 2026
- 23:36
Malidə daşqınlar nəticəsində azı 13 nəfər ölüb, daha 23 insan isə yaralanıb.
"Report" "Malijet" portalına istinadən xəbər verir ki, bu barədə Mali Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyinin Böhranların Koordinasiyası və İdarə Edilməsi Mərkəzinin hesabatında bildirilib.
Məlumata görə, təbii fəlakət ölkənin yeddi regionuna təsir edib, 479 yaşayış binası dağılıb, 1 933 ev təsərrüfatına və ya 12 405 nəfərə ziyan dəyib.
Hakimiyyət orqanları evsiz və ərzaqsız qalmış insanlara operativ humanitar yardımın göstərilməsi üçün tədbirlər görürlər. Daşqınların fəsadlarının aradan qaldırılması davam edir.
Son xəbərlər
04:38
Mbappe zədə səbəbindən Fransa millisindən ayrılacaq
Futbol04:17
Moldovada enerji böhranı təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Digər ölkələr03:48
Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Digər ölkələr03:28
Britaniya Baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna edib
Digər ölkələr02:57
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb
Digər ölkələr02:32
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qadağanı uzadıb
Region02:08
Xorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb
Digər ölkələr01:34
Türkiyə və İran rəsmiləri ikitərəfli əlaqələri, regional prosesləri müzakirə edib
Region01:14