"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb

Futbol
  • 26 sentyabr, 2026
  • 00:08
Zirə minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb

"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, Seymur Məmmədovun baş məşqçi olduğu komanda 1/4 finalda Macarıstan təmsilçisi "The Private Rooftop"la üz-üzə gəlib.

Əsas vaxtı 0:0 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında rəqib daha dəqiq olub - 2:0.

Beləliklə, Azərbaycanın sonuncu təmsilçisi də İspaniyanın Kambrils şəhərində təşkil olunan turniri əliboş tərk edib.

Xatırladaq ki, daha əvvəl "Birbaşa Bakı" 1/8 finalda, "Aznur" isə qrup mərhələsində mübarizəni dayandırıb.

44 filmi