İranda 20 min nəfər susuz qalıb
Region
- 10 iyun, 2026
- 12:24
İranın Hörmözqan əyalətinin 20 minə yaxın sakini ABŞ-nin su infrastrukturu obyektlərinə endirdiyi zərbələrdən sonra susuz qalıb.
"Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə əyalətin su təchizatı və kanalizasiya şirkətinin baş direktoru Əbdülhəmid Həmzəpur bildirib.
Onun sözlərinə görə, bir neçə saat əvvəl ABŞ-nin endirdiyi raket zərbəsi nəticəsində Bemani rayonunda iki strateji əhəmiyyətli su anbarı tamamilə məhv edilib.
Söhbət Bemani rayonunu və Kohestak şəhərini içməli su ilə təmin edən 500 və 2000 kubmetrlik rezervuarlardan gedir.
Həmzəpur qeyd edib ki, hazırda yaşayış məntəqələrinə suyun verilişi dayandırılıb, alternativ su təchizatı variantları nəzərdən keçirilir.
Son xəbərlər
12:41
Foto
Köç karvanı Cəbrayıla çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
Daxili siyasət12:40
"İdeal Kredit" BOKT və onun vəzifəli şəxsi cərimələnib
Maliyyə12:37
Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir
Daxili siyasət12:36
Azərbaycan Mərkəzi Bankı "Rabitəbank"a icrası məcburi sərəncam verib
Maliyyə12:36
İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Daxili siyasət12:34
İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Daxili siyasət12:33
Prezident: Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir
Daxili siyasət12:32
İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Daxili siyasət12:29
Foto