FIBA Avropa Kuboku: "Neftçi" bu gün səfərdə Latviya komandası ilə üz-üzə gələcək

Komanda
  • 18 noyabr, 2026
  • 09:00
FIBA Avropa Kuboku: Neftçi bu gün səfərdə Latviya komandası ilə üz-üzə gələcək

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu bu gün keçirəcək.

"Report"un məlumatına görə, "ağ-qaralar" H qrupunun VII turunda Latviyada "Riqa"nın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xatırladaq ki, əvvəlki altı oyunun birində qalib gələn, beşində uduzan "Neftçi" 7 xalla H qrupunda sonuncu pillədə qərarlaşıb.

44 filmi