İran XİN başçısının ABŞ-yə səfəri təxirə salınıb
Region
- 20 yanvar, 2025
- 09:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın xarici işlər naziri Abbas Əraqçi vaxt çatışmazlığından Nyu-Yorka səfər etməyəcək.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai yanvarın 20-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, A.Əraqçi Nyu-Yorka gələn həftə səfər etməliydi:
"BMT-də Fələstin, o cümlədən Qəzza zolağında vəziyyət müzakirə olunacaq. Ancaq regionda və Fələstində baş verənlərə görə bu səfər baş tutmayacaq”.
Qeyd edək ki, Əlcəzairin sədrliyi ilə xarici işlər nazirlər səviyyəsində Yaxın Şərq, o cümlədən Fələstindəki məsələlər müzakirə olunacaq. Həmin görüşə İran tərəfi də dəvət olunmuşdu.
Son xəbərlər
13:44
Foto
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Hadisə
13:30
Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Hərbi
13:30
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
İnfrastruktur
13:26
Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
Digər ölkələr
13:23
Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Biznes
13:22
Foto
Zəfər Günü münasibətilə Limada şəhər meriyasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
13:21
ABŞ-nin Azərbaycandakı səfirliyi gələn həftə üç gün işləməyəcək
Xarici siyasət
13:19
Video
XTQ-nin keçmiş kəşfiyyat rəisi: Hər kəsin arzusu Şuşanı azad etmək idi - Müsahibə
Qarabağ
13:13
Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər
ASK