​İstanbulda terror törədən şəxsin görüntüləri yayılıb - FOTO

Region
  • 13 yanvar, 2016
  • 05:59
​İstanbulda terror törədən şəxsin görüntüləri yayılıb - FOTO

Bakı.13 yanvar. REPORT.AZ/ İstanbulda Sultanahmet meydanında terror törədən şəxsin fotosu yayılıb.

"Report" xəbər verir ki, rəsmi açıqlamalara görə, terror hadisəsini 1988-ci il sentyabrın 5-də anadan olmuş, Suriya vətəndaşı, terrorçu İŞİD qruplaşmasının üzvü Nabil Fadli törədib.

Xatırladaq ki, yanvarın 12-də Sultanahmet meydanına törədilən terror nəticəsində 10 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.