İstanbulda bina çöküb, 2 nəfər ölüb, 5-i yaralanıb

Region
  • 13 yanvar, 2017
  • 14:27
İstanbulda bina çöküb, 2 nəfər ölüb, 5-i yaralanıb

Bakı 13 yanvar. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin Zeytunburnu rayonunda 6 mərtəbəli bina çöküb.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, binanın əvvəldən boşaldılmasına baxmayaraq, səkidən keçənlər dağıntılar altında qalıblar.

Nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.