İstanbulda avtosolona əldəqayırma partlayıcı atılıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Region
  • 30 aprel, 2016
  • 12:53
İstanbulda avtosolona əldəqayırma partlayıcı atılıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı. 30 aprel. REPORT.AZ/ İstanbulda partlayış törədilib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin Şenlikköy Florya küçəsində olan avtomobil solonuna əldəqayırma partlayıcı atılıb. Hadisədən sonra baş verən silahlı qarşıdurmada 1 nəfər ölüb, 3 nəfər də yaralanıb.

Hadisə yerinə polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Polis hadisənin borc görə mübahisə zəminində baş verdiyi ehtimalı üzərində dayanır.