​İrəvanda müxalifət yenidən mitinqə toplaşıb

Region
  • 21 iyul, 2016
  • 20:29
​İrəvanda müxalifət yenidən mitinqə toplaşıb

Bakı. 22 iyul. REPORT.AZ/ Ermənistanın paytaxtı İrəvanda müxalifət nümayəndələri yenidən mitinqə toplaşıblar.

"Report" xəbər verir ki, etirazçılar ötən bazar silahlı şəxslər tərəfindən ələ keçirilən və bir neçə qanun keşikçisinin girov saxlanıldığı polis bölməsinin qarşısına gəliblər.

Hazırda mitinqin dinc şəraitdə keçdiyi bildirilir.