İranda yol qəzası baş verib, ölənlər var

Region
  • 16 iyul, 2019
  • 15:34
İranda yol qəzası baş verib, ölənlər var

İranın İsfahan ostanının Xansar şəhəri yaxınlığında baş verən mikroavtobus qəzası nəticəsində aralarında 3-ü uşaq olmaqla azı 13 nəfər ölüb, 9 nəfər yaralanıb.

“Report” İRNA-ya istinadən xəbər verir ki, Xansar şəhərinin qubernatoru Mansur Kamali mikroavtobusun əyləcindəki nasazlıq üzündən dərəyə yuvarlandığını açıqlayıb.

Xəsarət alanları xəstəxanaya çatdırmaq üçün hadisə yerinə helikopterlərin cəlb edildiyi bildirilir.