İranda sərnişin avtobusunun aşması nəticəsində 13 nəfər ölüb

Region
  • 05 noyabr, 2017
  • 20:17
İranda sərnişin avtobusunun aşması nəticəsində 13 nəfər ölüb

Bakı. 6 noyabr. REPORT.AZ/ İranda sərnişin avtobusunun aşması nəticəsində 13 nəfər həyatını itirib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, hadisə paytaxt Tehrandan Mazandaran şəhərinə gedərkən Dugul Tuneli yaxınlığında baş verib.

Ümumilikdə 30 sərnişinin olduğu avtobusda daha 17 nəfər yaralanıb.