​İranda iki nəfər ABŞ və İsrailə casusluğa görə məhkum olunub

Region
  • 30 avqust, 2015
  • 17:16
​İranda iki nəfər ABŞ və İsrailə casusluğa görə məhkum olunub

Bakı. 30 Avqust. REPORT.AZ/ İran məhkəməsi ABŞ və İsrailə casusluqda ittiham olunan iki nəfəri 10 il müddətinə azadlıqdan məhrum edib.

“Report” xəbər verir ki, bu barədə BBC-nin məlumatında bildirilir.

İranın rəsmi nümayəndəsi mətbuat konfransında bu informasiyanı təsdiq edib, lakin müttəhimlərin adlarını açıqlamayıb və onlar haqqında əlavə məlumat verməyib.