İran XİN başçısının müavini Rusiyaya səfər edib

Region
  • 01 avqust, 2017
  • 08:22
İran XİN başçısının müavini Rusiyaya səfər edib

Bakı. 1 avqust. REPORT.AZ/ İran xarici işlər nazirinin müavini Hüseyn Cabir Ənsari Rusiyaya səfər edib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, səfər çərçivəsində onun Suriya böhranı başda olmaqla müxtəlif mövzuların müzakirə ediləcəyi gözlənilir.

Hüseyn Cabir Ənsari Rusiya XİN başçısının müavini Mixail Boqdanov və müdafiə nazirinin müavini Aleksandr Fominlə görüşəcək.

Qeyd edək ki, iyulun 28-də ABŞ parlamenti İran, Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsini qəbul edib.