İran və Fransa prezidentləri arasında telefon danışığı olub

Region
  • 05 mart, 2018
  • 10:18
İran və Fransa prezidentləri arasında telefon danışığı olub
Fransa prezidenti Emmanuel Makron və İran prezidenti Həsən Ruhani

Bakı. 5 mart. REPORT.AZ/ İran Prezidenti Həsən Ruhani ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, Emmanuel Makron İranla sabit, sağlam və şəffaf əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Fransa prezidenti rəsmi Parisin İranın nüvə proqramına dair Əhatəli Razılaşma müqaviləsinin müdafiəsi üçün bütün imkanlardan yararlandığını vurğulayıb.

Tərəflərin telefon danışığında Suriyadakı vəziyyəti və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi atəşkəslə bağlı məsələ ilə bağlı da fikir mübadiləsi apardıqları ehtimal olunur.

Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan İves Le Drian hazırda İranda səfərdədir, yaxın günlərdə Rusiyaya gedəcək. Səfər zamanı Yaxın Şərq bölgəsi, o cümlədən Suriyadakı böhranla bağlı məsələnin müzakirəsi gözlənilir.

44 - Tezliklə