İran orta mənzilli ballistik raket sınaqlarını keçirib

Region
  • 26 iyul, 2019
  • 02:40
İran orta mənzilli ballistik raket sınaqlarını keçirib

İran orta mənzilli ballistik raket sınaqlarını keçirib.

"Report" xəbər verir ki, bu barədə FOX NEWS telekanalı məlumat yayıb. 

ABŞ-ın bir sıra rəsmilərindən olan mənbələrə görə, buraxılış cümə axşamı gecə baş tutub. 

Telekanalın məlumatına görə, "Şahab-3" raketi İranın cənub hissəsində atılıb və təxminən 960 km şimala uçub. 

Tehran yaxınlığındakı səhrada yerə düşüb.

44 - Tezliklə