ABŞ-də "İsayas" qasırğası səbəbindən 860 mindən çox insan işıqsız qalıb

Digər ölkələr
  • 10 oktyabr, 2026
  • 14:18
ABŞ-də İsayas qasırğası səbəbindən 860 mindən çox insan işıqsız qalıb

ABŞ-nin cənub-şərqində 860 mindən çox insan bu mövsümün ilk Atlantik qasırğası olan "İsayas" səbəbindən elektriksiz qalıb.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, təbii fəlakət ən çox Alabama və Floridanın şimal-qərb hissəsinə təsir edib.

Qasırğa oktyabrın 9-da gecə saatlarda Florida ştatının Destin şəhəri yaxınlığında quruya tərəf irəliləyib. Küləyin maksimal davamlı sürəti saatda təxminən 169 km-ə çatıb.

"PowerOutage.us"un məlumatına görə, Florida və Alabamada 750 mindən çox insan elektrik təchizatından məhrum olub. Siklonun cənub-şərq ştatlarına doğru irəliləməsi ilə işıqsız qalanların ümumi sayı 860 mini ötüb.

"İsayas" oktyabrın 7-si axşam saatlarında güclənərək qasırğa səviyyəsinə çatıb və 2026-cı il mövsümünün ilk Atlantik qasırğası olub.