Həştərxanda Beynəlxalq Xəzər Texnologiya Forumu keçiriləcək

Region
  • 05 aprel, 2016
  • 06:55
Həştərxanda Beynəlxalq Xəzər Texnologiya Forumu keçiriləcək

Bakı. 5 aprel. REPORT.AZ Aprelin 7-dən 14-dək Həştərxanda Beynəlxalq Xəzər Texnologiya Forumu keçiriləcək.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Forumda Moskva, Sankt-Peterburq və Xəzəryanı dövlətlərin nümayəndələri iştirak edəcək.

Forumun əsas tədbirlərindən biri regionun innovasiya-texnologiya potensialını nümayiş etdirən sərgi olmalıdır. Sərgidə iştirak edəcək innovasiya şirkətləri gəmiqayırma və gəmi təmiri sahələri də daxil olmaqla, öz layihələrini təqdim edəcək.

44 - Tezliklə