Gürcüstanın yeni mədəniyyət naziri təyin edilib

Region
  • 15 sentyabr, 2026
  • 12:48
Gürcüstanın yeni mədəniyyət naziri təyin edilib

Maya Bitadze Gürcüstanın yeni mədəniyyət naziri təyin edilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə məlumat verib.

M.Bitadze daha əvvəl Gürcüstan parlamentinin Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədri vəzifəsində çalışıb. O, 2011–2017-ci illərdə Gürcüstanın ətraf mühitin mühafizəsi naziri, 2017–2020-ci illərdə isə Tbilisi merinin müavini olub.

Qeyd edək ki, Tinatin Ruxadze iyulun 28-də Gürcüstanın mədəniyyət naziri vəzifəsindən istefa verib.

44 - Tezliklə