Gürcüstanın keçmiş səfiri: "Qarabağ münaqişəsinin həlli region üçün yeni imkanlar açacaq"

Region
  • 24 fevral, 2021
  • 12:27
Gürcüstanın keçmiş səfiri: Qarabağ münaqişəsinin həlli region üçün yeni imkanlar açacaq
Zurab Qumberidze

"26 fevral tarixinin Azərbaycan üçün nə qədər ağrı-acılı gün olduğunu bilirəm". “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Azərbaycanda 1997-2007-ci illərdə səfiri olan Zurab Qumberidze Tbilisidə Xocalı faciəsinə həsr olunan anım mərasimində çıxışında deyib. O, Xocalı faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad etdiyini qeyd edib: "Şadam ki, münaqişənin həllinə nail olundu. Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə tədrik edirəm". Z.Qumberidzenin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev bölgədə sülhə nail olunması üçün böyük səylər göstərir: "Azərbaycan-Ermənistan münaqişəsinin həlli region üçün yeni imkanlar açacaq".