Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Maliyyə
  • 28 oktyabr, 2026
  • 11:57
Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Azərbaycanın bu il oktyabrın 1-nə 4 milyard 509,5 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 86,3 %-i elə dollarda olub.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borcun tərkibində avro 5,8 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 2,9 %, yapon yeni 3,2 %, digər valyutalar isə 1,7 % paya malik olub.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,8 %-ni, sabit dərəcə ilə olanlar isə 51,2 %-ni təşkil edib.

Xarici dövlət borcunun 67,7 %-i 5 ilə qədər olan müddətdə, 26,8 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,5 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

44 filmi