Gürcüstanın Borçalı bölgəsinin kəndində bir gündə 40 ev yanıb
Region
- 06 iyul, 2015
- 08:28
Bakı. 6 iyul. REPORT.AZ/ Gürcüstanın Kvemo-Kartli bölgəsinin (Borçalı) Qardabanı bələdiyyəsinin Kumisi kəndində 40-a yaxın ev yanıb.
"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Fövqəladə Hallar üzrə İdarəsinin direktoru Zviad Katsaşvili deyib ki, hadisə yerində 15 yanğınsöndürmə briqadası, 120 yanğınsöndürən-xilasedici, eləcə də DİN-in sərhəd polisinin vertolyotları cəlb edilib.
Kənd sakinləri isə bildirib ki, yanğının miqyasının böyüməsinə səbəb yanğınsöndürən briqadanın hadisə yerinə gec gəlməsi olub.
Yanğın bir evdən digərlərinə quru ot tayaları vasitəsi ilə keçib.
Rəsmilər hadisə nəticəsində ölən və xəsarət alanın olmadığını bildiriblər.
Son xəbərlər
20:22
Tahir Tağızadə etimadnaməsinin surətini Serbiya XİN-ə təqdim edib
Xarici siyasət19:54
Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq
Elm və təhsil19:45
Avropa çempionatı: Niderland millisi Bakıda üçüncü qələbəsini qazanıb
Komanda19:42
"Al Jazeera": ABŞ və İran hələ ki danışıqlar aparmır
Digər ölkələr19:34
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
Region19:21
Elxan Mütəllimov DOST Agentliyində departament müdiri təyin edilib
Daxili siyasət19:16
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib
Biznes19:12
"CBS News": ABŞ-nin MKİ rəhbəri Moskvada səfərdədir
Digər ölkələr19:04