Avropa çempionatı: Niderland millisi Bakıda üçüncü qələbəsini qazanıb

Komanda
  • 25 avqust, 2026
  • 19:45
Avropa çempionatı: Niderland millisi Bakıda üçüncü qələbəsini qazanıb

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında Niderland İspaniyanı məğlub edib.

Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma 3:0 (25:13, 25:11, 25:16) hesabı ilə yekunlaşıb. "Narıncılar" daha əvvəl Portuqaliya (3:0) və Rumıniyaya (3:2) qalib gəlib.

Günün ilk matçında Belçika Rumıniyanı məğlub edib - 3:0.

Xatırladaq ki, C qrupunun oyunları Milli Gimnastika Arenasında avqustun 28-dək təşkil olunacaq.