Tahir Tağızadə etimadnaməsinin surətini Serbiya XİN-ə təqdim edib

Xarici siyasət
  • 25 avqust, 2026
  • 20:22
Tahir Tağızadə etimadnaməsinin surətini Serbiya XİN-ə təqdim edib

Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Diplomatik Protokol rəhbəri Branko Radovanoviçə təqdim edib.

Bu barədə "Report"un Balkan bürosu xəbər verir.

Diplomat görüş barədə öz sosial media hesabında paylaşım edərək bu görüşdən böyük məmnunluq duyduğunu bildirib.

"Səmimi söhbət üçün təşəkkür edirəm, hörmətli Branko!",- səfir bildirib.