Gürcüstanın baş nazirinə iki müavin təyin olunub

Region
  • 13 sentyabr, 2019
  • 06:35
Gürcüstanın baş nazirinə iki müavin təyin olunub

Gürcüstanın Baş naziri Giorgi Qaxarianın iki müavini olacaq.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın yeni hökumətinin ilk iclasında bildirilib.

Baş nazirin müavinləri regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili və ədliyyə naziri Tea Tsulukiani təyin olunub.