Gürcüstanda koronavirusa yoluxanların sayı yenə artdı - YENİLƏNİB
- 27 aprel, 2020
- 06:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda koronavirusa 10 yeni yoluxma faktı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 496-ya çatıb. Onların 149-u sağalıb, 6-sı isə dünyasını dəyişib.
Karantində 4 833, stasionar nəzarətdə isə 571 nəfər saxlanılır.
*** 09:28
Gürcüstanda koronavirusa yoluxanların sayı 486-ya çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
İndiyədək qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların 149-u sağalıb, 6-sı isə ölüb.
Hazırda ölkə üzrə karantində 4 833, stasionar nəzarətdə isə 571 nəfər saxlanılır.