Gürcüstanda koronavirusa yoluxanların sayı 707-yə çatdı

Region
  • 19 may, 2020
  • 16:28
Gürcüstanda koronavirusa yoluxanların sayı 707-yə çatdı

Gürcüstanda koronavirusa 5 yeni yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 707-yə çatıb. Onların 456-sı artıq sağalıb, 12-si isə ölüb.

Karantində 3 914, stasionar nəzarətdə isə 340 nəfər saxlanılır.

44 - Tezliklə