Azərbaycan cüdoçusu Hanna Zaytseva dünya çempionatında mübarizəni dayandırıb

Fərdi
  • 07 oktyabr, 2026
  • 13:48
Azərbaycan cüdoçusu Hanna Zaytseva dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Hanna Zaytseva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, 63 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda Macarıstan təmsilçisi Anna Kriza ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan idmançımız yarışla vidalaşıb.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.