Yunanıstanda 8 zəlzələ qeydə alınıb

Digər ölkələr
  • 07 oktyabr, 2026
  • 13:50
Yunanıstanda 8 zəlzələ qeydə alınıb

Yunanıstanın Kasos adası sahillərində 8 zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Bildirilib ki, oktyabrın 7-si gecə yarısından səhər saatlarına qədər olan müddətdə 2,4-4,1 maqnitudalı yeraltı təkanlar baş verib. Ən güclü zəlzələnin episentri Kasosdan 29 kilometr qərbdə yerləşib. 7 dəqiqə sonra adadan 35 kilometr qərbdə 3,9 maqnitudalı zəlzələ baş verib.

Daha sonra 2,4-2,7 maqnitudalı 4 zəif təkan qeydə alınıb. 3,2 maqnitudalı sonuncu zəlzələ səhər saat 10:27-də Kasosdan 22 kilometr qərb-cənub-qərbdə baş verib.