Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 6 mini keçib

Region
  • 03 noyabr, 2021
  • 06:50
Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 6 mini keçib

Gürcüstanda ötən sutkada koronavirusa 6 024 yeni yoluxma halı təsdiqlənib, 3 818 nəfər müalicə olunaraq sağalıb, 49 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

İndiyədək Gürcüstanda 732 965 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Onların 673 640-ı müalicə olunaraq sağalıb, 10 185-i dünyasını dəyişib.