Gürcüstanda koronavirusa 6 021 yeni yoluxma qeydə alınıb, 75 nəfər ölüb

Region
  • 09 noyabr, 2021
  • 06:47
Gürcüstanda koronavirusa 6 021 yeni yoluxma qeydə alınıb, 75 nəfər ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 6 021 yeni yoluxma faktı təsdiqlənib, 3 792 nəfər müalicə olunaraq sağalıb, 75 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 761 067 nəfərdə aşkarlanıb. Onların 696 921-i sağalıb, 10 584-ü isə dünyasını dəyişib.

44 - Tezliklə