Gürcüstanda koronavirusa 594 yeni yoluxma aşkarlanıb, 25 nəfər ölüb

Region
  • 04 yanvar, 2021
  • 07:24
Gürcüstanda koronavirusa 594 yeni yoluxma aşkarlanıb, 25 nəfər ölüb

Gürcüstanda ötən sutkada daha 594 nəfərə koronavirus diaqnozu qoyulub, 1 963 nəfər müalicə olunaraq sağalıb, 25 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 229 763 təşkil edir. Onların 222 405-i sağalıb, 2 628-i isə ölüb.

Hazırda karantin zonalarında 386, stasionar nəzarətdə 4 209 nəfər var. 840 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.